Site multilingue

En azéri

En azéri

KVEBEK

(langue azerbaïdjanaise ou azérie)

Kanada 1534-cü ildə fransız dənizçisi Jak Kartye tərəfindən kəşf olunmuşdur. Sonraki ekspedisiyalar və 1608-ci ildə Kanada  ilk – Kvebek şəhərinin əsasının qoyulması onu fransız koloniyasının paytaxtı – Yeni Fransaya çevirmişdirş.

Sonraki dövrlərdə bir sıra cəkişmədər və müharibələr nəticəsində 1760-ci  ildə Yeni Fransa (Kvebek şəhəri tədricən paytaxtla birləşmişdir) Britaniya koloniyasına çevrilmişdir. 30 il ərzində isə Kanada iki hissəyə ayrılmışdır:  Aşaği Kanada təxminən keçmiş Yeni Fransanın ərazisini tutmuş; Yuxarı Kanada isə britaniyadan gələnlərin yeni-yeni məşkunlaşdığı ərazidə formalaşmışdır.

1868-ci ildə Kanada Federasiyası formalaşır və Kvebek də onun tərkibinə daxil edilir. Bu zaman Kvebek yeni ölkənin həm iqtisadi, həm də sosial aspektdən mühüm şəhəri hesab olunurdu.

Bu vəziyyət indiyə qədər də öz əhəmiyyətini saxlamaqdadır. Kvebekdə 8 milyona yaxın insan yaşayir ki, onlar təxminən Kanadanın 20% əhalisinin təşkil edir. Kvebek şəhərində ölkənin mühüm təbii ehtiyatları cəmlənmişdir. Burada dünya miqyasında tanınmış böyük elmi mərkəzlər, sənaye müəssisələri və yüksək səviyyədə ixtisaslaşmış işçi qüvvəsi vardır.

grandquebec.com saytının məqsədi oxucularda Kvebek haqqında tam və dolgun təsəvvür yaratmaqdır.

Bizim sayt Kvebek həyatın bütün sahələri barədə ətraflı məlumat verir. O, Kvebekdə  daimi yaşayan, təzə gələnlər, bizə qonaq gələnlər və ya bu əyalət haqqında konfranslarda çıxış edənlərə materiallar hazirlayanlar üçün də çox faydalıdır.

Biz özümüz barədə hər şey haqqında məlumat veririk. Siz bizim yüz il bundan əvvəlki tariximizi, bu günkü yeniliklərimizi, praktiki məsləhətləri, səyahət və ya adət-ənənələri, yerli mətbəx reseptləri, qonaqpərvərlik haqqında nağılları, yüzlərlə az tanınmış yerlərimizi (Malartik şəhərinin Mineralogiya muzeyi  və s.) öyrənə bilərsiniz. Bizim saytda miflər, əfsanələr, nağıllar, tariximiz barədə qaranlıq qalmış məqamlar öz əksini tapmışdır. Bəli, Siz bizdən çox məlumat tapa bilərsiniz.

Traduit du français par Natella Y.

mile end

Quartier Mile End. Photo : © GrandQuebec

Voir aussi :

Laissez un commentaire

Votre adresse de messagerie ne sera pas publiée. Les champs obligatoires sont indiqués avec *

Vous pouvez utiliser ces balises et attributs HTML : <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>